AZ

Zelenski: Ukrayna Rusiyaya qarşı bəzi əməliyyatlar keçirib, nəticələri çox yaxşıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynaya hücum üçün dörd əsas istiqamət seçib: Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye istiqaməti.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Sumı əməliyyatı uğursuzluğa düçar olub, Rusiya böyük itkilər verib: “Rusiya Sumı istiqamətində irəliləməkdən imtina etib və qüvvələrini daha da böyük itkilər verdiyi başqa bir istiqamətə köçürüb”.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna hücumlarını davam etdirəcək.

Ukrayna lideri əlavə edib ki, Ukrayna bəzi əməliyyatlar keçirib, nəticələri çox yaxşıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
25
icma.az

10Mənbələr