EN

Tramp ölümdən qurtuldu Prezident təyyarəsi az qala sərnişin təyyarəsi ilə toqquşacaqdı

ain.az, Milli.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın prezident təyyarəsi havada ciddi təhlükə ilə üzləşib. Spirit Airlines şirkətinə məxsus sərnişin təyyarəsi ilə Air Force One tipli prezident təyyarəsi az qala toqquşurdu.

Hadisə 16 sentyabr, Long Island üzərində baş verib. ABŞ mətbuatının məlumatına görə, hava hərəkəti dispetçeri son anda müdaxilə edərək pilotları xəbərdar edib. Məlumata görə, hər iki təyyarə eyni hündürlükdə uçurdu və bu, böyük risk yaradıb.

Dispetçerin göstərişi ilə Spirit Airlines təyyarəsi kursunu dəyişib və nəticədə təyyarələr bir-birindən bir neçə mil uzaqda, təhlükəsiz məsafədə qalmağı bacarıb.

Hadisə Trampın rəsmi səfər üçün Londona uçuşu zamanı qeydə alınıb.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
news.milli.az

3Sources