Hadisə 16 sentyabr, Long Island üzərində baş verib. ABŞ mətbuatının məlumatına görə, hava hərəkəti dispetçeri son anda müdaxilə edərək pilotları xəbərdar edib. Məlumata görə, hər iki təyyarə eyni hündürlükdə uçurdu və bu, böyük risk yaradıb.
Dispetçerin göstərişi ilə Spirit Airlines təyyarəsi kursunu dəyişib və nəticədə təyyarələr bir-birindən bir neçə mil uzaqda, təhlükəsiz məsafədə qalmağı bacarıb.
Hadisə Trampın rəsmi səfər üçün Londona uçuşu zamanı qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31