EN

Danimarka ABŞ-ı hərbi təlimlərə dəvət etməyib

Danimarka Amerika qoşunlarını Qrenlandiyadakı hərbi təlimlərə dəvət etməyib.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Amerikanın Pituffik kosmik bazasından olan həmkarlarımızla birlikdə işləyirik, lakin onların bölmələri bu təlimlərdə iştiraka dəvət edilməyib”, -deyə  Danimarkanın Arktika Qüvvələrinin komandanı Soren Andersen bildirib.

Hərbi analitik Hans Peter Mişelsen agentliyə bildirib ki, təlimlər Danimarkanın NATO müttəfiqləri ilə birlikdə adaya qarşı məsuliyyətli münasibətini nümayiş etdirmək məqsədi daşıyır. O, bunları ABŞ-a güclü siyasi siqnal kimi qiymətləndirib. Bununla belə, Andersen Amerika qoşunlarının təcrid olunmasının Vaşinqtona siqnal olması fikri ilə razılaşmayıb.

Yeganə

Chosen
30
1
busaat.az

5Sources