EN

Putin və Modi telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin Hindistanın baş naziri Modi ilə telefon danışığı həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Liderlər iki ölkə arasında əməkdaşlıq və əlaqələrin inkişafını müzakirə ediblər. Putin bildirib ki, Hindistan və Rusiya arasında münasibətlər etimada əsaslanıb. Rusiya lideri Hindistanın yüksək iqtisadi artım tempini vurğulayaraq, ölkənin müstəqil və suveren siyasət yürütdüyünü vurğulayıb. Kremlin açıqlamasına görə, Putin və Modi Ukraynadakı vəziyyəti də müzakirə ediblər.

Chosen
55
1
metbuat.az

2Sources