Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov