EN

Bakıda bağçada bədbəxt hadisə: Azyaşlı yaralandı - TƏFƏRRÜAT

Sentyabrın 17-si səhər saatlarında Bakıda yerləşən 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçası düşüb. Nəticədə, bir uşaq xəsarət alıb.

Hadisə ilə bağlı sakinlər Baku TV-yə danışıblar.

"Belə problemlərə dövlət qurumları nəzarət etməlidir. Baş verən hadisəyə görə bağça rəhbərliyi də məsuliyyət daşıyır. Pul yığa bilirlər, amma təmir etmirlər. Mən bu ərazidə 32 ildir yaşayıram, hələ bir dəfə də bağçanın təmir olunduğunu görməmişəm", - onlardan biri söyləyib. pizza hut

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib:

"Bağça rəhbərliyi dərhal uşağın valideyninə məlumat verib. Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb".

Ətraflı süjetdə:


Telegram kanalımız
Chosen
37
1
yenisabah.az

2Sources