“Real”ın hücumçusu Kilian Mbappe “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etməyi planlaşdırmır.
Publika.az xəbər verir ki, tədbir gələn həftənin bazar ertəsi Parisdə keçiriləcək. Mükafatı Mbappenin həmyerlisi, PSJ-in hücumçusu Usman Dembele qazana bilər.
“Bu mükafatı əldə etmək üçün komanda titulları qazanmalıyam. Biz bunu etdikdə, onda ‘Qızıl top’ barədə danışa bilərik. Dembelenin mükafatı qazanmasına sevinəcəyəm. O, mənim dostumdur, hər zaman onu dəstəkləməyə hazıram. Amma mərasimi televizordan izləyəcəyəm”.