EN

Hava ilə bağlı vacib çağırış: ciddi dəyişiklik ola bilər

Azərbaycanda bir neçə gündür ki, yağmurlu hava şəraiti davam edir. Xüsusilə Bakı və Abşeron yarımadasında davam edən istilərdən sonra qəfil sərinlərin düşməsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, belə ani dəyişiklik insanların səhhətində ciddi problemlər yarada bilər.

Nəyə diqqət etməliyik?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, qəfil hava dəyişiklikləri insan orqanizmi üçün müəyyən sınaq rolunu oynayır:

"İsti hava şəraitindən bir gecədə sərin və yağışlı havaya keçid bədənimizin adaptasiya mexanizmi üçün əhəmiyyət kəsb edir. Bu cür ani dəyişikliklər immun sisteminə əlavə yük yarada, nəticədə baş ağrısı, yorğunluq, əzələ-oynaq ağrıları, halsızlıq və soyuqdəymə riskləri arta bilər. Xüsusilə ürək-damar xəstəlikləri, astma, xroniki tənəffüs və həzm sistemi problemi olan insanlar üçün bu dəyişikliklər daha təhlükəli sayılır".

Terapevt bildirib ki, belə havalarda geyimdə qat-qat üsul tətbiq etmək, bədəni ani temperatur fərqlərinə qarşı qorumaq vacibdir:

"Hər gün kifayət qədər maye qəbul etmək, qida rasionunda vitamin və mineralları artırmaq, açıq havada uzun müddət qalmaqdan çəkinmək, dincəlməyə xüsusi diqqət yetirmək məsləhətdir. Bundan əlavə, immuniteti gücləndirən balanslı pəhriz, vitaminlərlə zəngin qidalar, yüngül fiziki hərəkətlər və yetərli yuxu bədənin adaptasiya prosesini asanlaşdırır. Bu tip hava dəyişiklikləri həmçinin, psixoloji vəziyyətə təsir göstərir. Yəni bəzi insanlar əhval-ruhiyyədə fərqlilik, əsəbilik və yuxu pozuntuları hiss edə bilər. Ona görə də stressi azaltmaq və sakitləşdirici fəaliyyətlərə vaxt ayırmaq da sağlamlıq üçün önəmlidir. Əgər hər hansı simptomlar bir neçə gündən artıq davam edirsə, həkimə müraciət etmək tövsiyə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
2
olaylar.az

3Sources