EN

Dişləri ağartmaq üçün limon suyu sürtmək olar? Açıqlama

ain.az, Milli.az saytına istinadən bildirir.

Dişləri ev üsulları ilə ağartmaq çox vaxt faydasızdır və ağız sağlamlığı üçün ciddi risklər yaradır.

Milli.Az xəbər verir ki, bu barədə "gazeta"ya rusiyalı stomatoloq-terapevt Polina Soldatkina danışıb.

"Ən çox istifadə olunan üsullardan biri ağardıcı zolaqlar və hazır gellərdir. Onlar rahat və əlçatan olsa da, tərkib və doza dəqiq tənzimlənmir. Nəticədə diş ətlərində yanma, dişlərin qeyri-bərabər rəng alması, soyuğa və turşuya qarşı həssaslıq yaranır. Uzunmüddətli istifadə isə emalın zədələnməsinə və selikli qişanın xroniki qıcıqlanmasına səbəb ola bilər.

Xüsusi risk kappa dəstlərindədir. Evdə müstəqil istifadə zamanı kappa çox vaxt dişlərə sıx oturmur, gel diş ətlərinə axaraq kimyəvi yanıqlara yol açır. Konsentrasiya və istifadə müddətini düzgün seçməmək dişlərin həddindən artıq ağarmasına, ləkələrin əmələ gəlməsinə və davamlı həssaslığa səbəb ola bilər. Üstəlik, əldə edilən rəng çox vaxt tez itir.

Aşağı miqdarda peroksidli yaxalayıcı məhlullar və digər vasitələr yumşaq və yavaş təsir göstərir, bəzən isə demək olar ki, nəzərə çarpmır. Amma həddindən artıq istifadəsi ağızda quruluq, selikli qişanın qıcıqlanması və dişlərin həssaslığını artıra bilər. Davamlı ağardıcı effekt isə, adətən, əldə olunmur.

Ən təhlükəli üsullar isə "xalq reseptləri"dir. Soda, aktivləşdirilmiş kömür, limon, sirkə və s. Soda və kömür diş təbəqəsini kobud şəkildə aşındırır, mikroskopik çatlar yaradır. Turşular isə emalı yumşaldır, səthi kobudlaşdırır və ləkələrin daha tez yapışmasına şərait yaradır. Nəticədə dişlər incəlir, dişlər daha tünd və həssas olur.

Həkim həmçinin vurğulayıb ki, yüksək aşındırıcılı "ağardıcı təsirli" diş məcunlarından da gündəlik istifadə təhlükəlidir. Onlar dişlərin səthindəki ləkələri mexaniki yolla təmizləyir, lakin uzun müddət istifadədə mina təbəqəsini "yeyir", parıltını azaldır və həssaslığı artırır. Belə məcunlardan yalnız kurs şəklində və əlavə vasitə kimi istifadə məsləhətdir.

Qeyd edək ki, dişlərin rənginin qorunması üçün siqaretdən imtina, boyayıcı içkilərin azaldılması, düzgün gigiyena və yumşaq təsirli diş məcunlarından istifadə tövsiyə olunur.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
news.milli.az

2Sources