EN

Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk şəxslərdən biri DANIŞDI

22 yaşlı qadın meyitdən köçürülən qaraciyərlə yaşayır. Mənzər Şərifova Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk insanlardandır.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, 2 il əvvəl birdən-birə səhhətində ciddi problemlər yaranıb. Həkimə müraciət edən zaman ona ağır qaraciyər sirrozu diaqnozu qoyulub.

M.Şərifovanın həyat mübarizəsi bundan sonra başlayıb. O, 2 il ərzində ağır müalicələr alıb. Vəziyyət fevral ayında gələn bir zəng ilə dəyişib.

Onun sözlərinə görə, qaraciyəri ona köçürülən şəxsin adını, özünü, hətta ailəsini belə tanımır.

Chosen
18
7
publika.az

10Sources