EN

Qızılın qiyməti rekord səviyyəyə çatdı

Qızılın qiyməti yenidən bahalaşıb.Metbuat.az xəbər verir ki, "Comex" birjasında qiymətli metalın bir unsiya üçün qiyməti 3744 dolları keçib. Məlumata görə, bu indiyə qədər qeydə alınmış ən yüksək qiymətdir. Bildirilir ki, qızılın qiymətinin bahalaşmasına ABŞ mərkəzi bankı olan Federal Ehtiyat Sisteminin qərarı da təsir edib.

Qeyd edək ki, Federal Ehtiyat Sistemi ötən ildən bəri ilk dəfə faiz dərəcəsini 4-4,25%-ə endirib.

Chosen
17
metbuat.az

1Sources