EN

Mütəxəssislər dondurma alarkən diqqət edilməli məqamları açıqladı

İsti yay günlərində sərinləmək üçün ən çox seçilən qidalardan biri dondurmadır. Artıq o, yalnız yayda deyil, ilin demək olar ki, hər fəslində istehlak olunur. Lakin mütəxəssislər xüsusilə paketlənmiş dondurmaların tərkibindəki qatqılar barədə xəbərdarlıq edirlər.

E-saglam.az xəbər verir ki, BBC Türkçə-yə danışan qastroenteroloq Dr. Işıl Tuzcuoğlu bildirir: “Normal halda dondurma süd, şəkər və təbii salepdən hazırlanır və nadir hallarda yeyildikdə sağlamlığa zərərli deyil. Ancaq “ticari” məhsullarda süd əvəzinə süd tozu, şəkər yerinə qlükoza və fruktoza şərbəti, meyvə əvəzinə isə aromatlaşdırıcılar istifadə olunur. Daha yaxşı bərkimə üçün müxtəlif qatqılar və bitki yağları əlavə edilir. Bunlar isə qaraciyər, ürək və damar sağlamlığına mənfi təsir göstərə bilər.”

Orta Doğu Texniki Universitetinin Qida Mühəndisliyi kafedrasının müdiri Prof. Dr. Hami Alpas isə fərqli mövqe sərgiləyir. Onun sözlərinə görə, “paketli məhsullar ‘kimlikli məhsul’dur və kodeks çərçivəsində istehsal olunur. Əksinə, açıq satılan dondurmaların izlənməsi çətin olduğuna görə daha risklidir.”

Başkent Universitetindən araşdırmaçı Feyza Kaya Özçağlar da eyni fikirdədir: “Paketlənməmiş dondurmada südün haradan alındığı, necə emal olunduğu, daşınma zamanı soyuq zəncirin qorunub-qorunmadığı bilinmir. Bu isə qida təhlükəsizliyi baxımından ciddi riskdir.”

Mütəxəssislər həmçinin dondurmanın saxlanma şəraitinə diqqət yetirməyi məsləhət görürlər. Prof. Alpas xəbərdarlıq edir: “Karlanmış dondurmaları almayın. Bu, məhsulun əridilib yenidən dondurulduğunu göstərə bilər.”

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
12
e-saglam.az

1Sources