EN

Ucarda ər ondan xəbərsiz anası evinə gedən həyat yoldaşını döydü

Ucarda ərindən xəbərsiz anasının evinə gedən qadın döyülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Ucar rayonunun Küçəkənd kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir) 2007-ci ildə Arzu ilə ailə həyatı qurub və birgə nikahdan üç övladları dünyaya gəlib.

Bir müddətdən sonra Arzunun atası ilə anası boşanıb və onun anası qardaşının evində qalıb, atası isə başqa qadınla evlənib. 2024-cü ildə atasının ikinci dəfə ailə həyatı qurduğu qadın xəstəlikdən vəfat edib.

Bir müddət əvvəl Mətləb həyat yoldaşı ilə birlikdə qadının il mərasimində iştirak etmək üçün Qaradağ rayonunun Ümid qəsəbəsinə gedib, mərasimdə iştirak ediblər. Axşam saatlarında Arzu Mətləbdən xəbərsiz Ümid qəsəbəsində anasının yaşadığı evə gedib. Mətləb həyat yoldaşını yas mərasimində axtarsa da, tapa bilməyib. Məlum olub ki, Arzu ondan xəbərsiz anasıgilə gedib.

Arzu evə qayıdandan sonra Mətləb onunla birlikdə Ucar rayonuna, yaşadığı evə gəliblər. Mətləb avə çatandan sonra mağazaya gedərək, oradan spirtli içki alıb, yenidən evə qayıdıb. Spirtli içki qəbul edən Mətləb Arzu ilə mübahisə edib və onun anasının evinə xəbərsiz getməsini irad tutub. Mübahisə nəticəsində Mətləb həyat yoldaşına yumruq zərbələri endirib.

Xəsarət alan Arzu evdən qaçaraq polisə məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq, iş məhkəməyə göndərilib.

Ucar Rayon Məhkəməsinin hökmü ilə M.Məmmədova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Chosen
20
12
editor.az

10Sources