Portuqaliyanın "Benfika" klubu məşhur mütəxəssis Joze Mourinyonun baş məşqçi təyin edilməsinə razılıq verib.
Xezerxeber.az xəbər verir ki, tərəflər arasında müqavilənin şərtləri tam razılaşdırılıb.
"Fənərbaxça"nın keçmiş baş məşqçisi artıq Lissabondadır və növbəti 24 saat ərzində müqavilə imzalayacaq.
Mourinyo ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.