EN

Mourinyo ilk dəfə Ali Koç haqqında danışdı

Joze Mourinyo “Fənərbaxça”dan ayrıldıqdan sonra ilk dəfə klubun özü və prezidenti Ali Koç haqqında danışıb.

Tribunainfo.az xəbər verir ki, təcrübəli baş məşqçi Portuqaliyanın “Record” nəşrinə müsahibəsində klub rəhbərliyinə sərt sözlər ünvanlayıb.

Mourinyo bildirib ki, ayrıldığı klublar barədə polemikalara girmir:

“Mən klublardan ayrılarkən qapını bağlayıb gedərəm. Provokasiyalara cavab vermərəm, bəhanə axtarmaram. Ali Koç isə fərqli davranır, mən gedəndən bəri dəfələrlə danışıb.”

Portuqaliyalı məşqçi “Fənərbaxça”nın Türkiyə Kubokunda məğlub olmasına da toxunub:

“Bizi məğlub edən Kerem Aktürkoğlunun niyə yalnız bizim mübarizədən kənarlaşdırılmağımızdan sonra transfer edildiyini hələ də izah etməyiblər.”

Chosen
10
2
tribunainfo.az

5Sources