AZ

Joze Mourinyo: "Mən bəhanə axtarmıram"

"Fənərbaxça"dan qovulan portuqaliyalı baş məşqçi Joze Mourinyo "Benfika" ilə müqavilə imzalamadan əvvəl ilk dəfə köhnə klubundan danışıb.

İdman.biz bildirir ki, portuqaliyalı mütəxəssis "Fənərbaxça"nın prezidenti Ali Koç barədə maraqlı ifadələr işlədib.

"Klublardan ayrılanda qapını bağlayıram. Təxribatlara cavab vermirəm. Bəhanə axtarmıram. Ali Koçun davranışı mənimkindən fərqlidir. O, getdiyim gündən bəri saysız-hesabsız qədər danışıb. O, hələ də niyə Kərəm Aktürkoğlu ilə məhz bizim məğlubiyyıtimizə səbəb olandan sonra müqavilə imzaladığını açıqlamayıb", - Mourinyo deyib.

İdman.biz

Seçilən
20
2
idman.biz

5Mənbələr