EN

Ferqyusonun keçmiş köməkçisi Amorimi əvəzlə biləcək mütəxəssisin adını çəkdi

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aleks Ferqyusonun "Mançester Yunayted"dəki keçmiş köməkçisi Rene Myulensten komandanın mövsümün əvvəlində əldə etdiyi zəif nəticələrdən sonra baş məşqçi Ruben Amorimin əvəzlənməsi ehtimalından danışıb. O, bu barədə "Metro" portalına açıqlama verib:

""Düşünürəm ki, Amorim sona kimi inadında davam edərsə və nəticələri yaxşılaşmasa, qalib gəlməyə başlamazsa, o zaman klubun başqa seçimi qalmayacaq... Onu kim əvəz edə bilərdi? Aydındır ki, bu, Maykl Karrickdir. O, hələ də onun rəhbərliyi altında oynayan bir çox oyunçunu tanıyır, buna görə də hələ də dəyərli daxili məlumatlara malikdir".

Qeyd edək ki, Ole Qunnar Sulşer 2021-ci ilin noyabrında klubu tərk edəndə Karrik bir müddət "Mançester Yunayted"ə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
sport24.az

1Sources