EN

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2025-ci ilin 11-17 oktyabr tarixlərindəBakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci BaşAssambleyasına ev sahibliyi edəcək. Bu mötəbər tədbirə 71 ölkədən300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri vəhüquqşünaslar qatılacaq.

Bu barədə Trend-ə Ali məhkəmədən məlumat verilib.

Bildirilib ki, tədbirlə əlaqədar BMT-nin hakimlərin vəvəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi MargaretSatterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəməhakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlərmövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinintəmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəmverəcək.

Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzvolduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəməmüstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır.2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsindəhəmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq vənövbəti prezident müəyyən ediləcək.

Chosen
48
20
az.trend.az

10Sources