EN

Messi karyerası ilə bağlı qərarını verdi - SON DURUM

“Qızıl top”un səkkizqat qalibi Lionel Messi karyerası ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, argentinalı superulduz təqaüdə çıxmaq fikrində deyil. 

ESPN-in məlumatına görə, 38 yaşlı forvard hazırkı klubu "İnter Mayami" ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır. Tərəflər son detalları dəqiqləşdirirlər. Messinin tezliklə yeni dörd illik müqavilə bağlayacağı gözlənilir. 

Lionel 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin dekabr ayının sonunda başa çatır. Hücumçu MLS-də cari mövsümdə 21 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Chosen
28
fanat.az

1Sources