EN

Ana uşaqlarının evdə diri-diri yanmalarına göz yumdu

Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Melburn şəhərində 26 yaşlı ana uşaqlarını evdə qoyaraq, sevgilisi ilə avtomobil hissələri almağa gedib və uşaqların evdə diri-diri yanmasına göz yumub.

Hafta.az xəbər verir ki, bu barədə "The Sydney Morning Herald" nəşri polisə istinadən məlumat verib.

"Polis iddia edir ki, Şaniya Li bir saatdan çox evdə olmayıb və evdəki müşahidə kameralarının görüntülərini yayımlayan telefonda uşaqlarının qışqırıqlarını eşitsə də, xilasetmə xidmətinə zəng etməyib və evə də qayıtmayıb. Onun 5 və 1 yaşlarında iki qızı sağ çıxa bilməyiblər", - deyə nəşr yazıb.

Ailənin yanğından bir həftə əvvəl yeni evə köçdüyü qeyd edilir. Alovlar bürümüş evdə ancaq üçyaşlı qız möcüzə nəticəsində sağ qalıb. Qonşular yanğınsöndürənləri çağırıblar.

Məlum olub ki, yanğın yataq otağında başlayıb və həmin otaqdan ən son Li çıxıb. Yanğının qəsdən törədilməsi versiyası hələlik nəzərdən keçirilmir. Qadın girov müqabilində azadlığa buraxılıb, yanvarda məhkəmənin keçiriləcəyi gözlənilir.

Polis isə Linin girov müqabilində sərbəst buraxılmasına qarşı çıxıb və bunu onunla əsaslandırıb ki, qadının uşaqlarla bağlı daha 9 qeyri-qanuni insidentdə adı hallanır. Ana onları daim nəzarətsiz qoyub.

Chosen
50
1
hafta.az

10Sources