EN

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Gürcüstanda

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İnsident zamanı "SOCAR" şirkətinə məxsus avtomobil silahlı hücuma məruz qalıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.
Chosen
38
24
reyting.az

10Sources