EN

“Dost tanış hər kəs ikisini üçünü götürür” “Şəmkir” azarkeş üçün 30 manatlıq forma satır

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

2-ci liqa təmsilçisi “Şəmkir” ötən həftə sırf azarkeşlər üçün nəzərdə tutulan 30 manatlıq formaların satışına başlayıb. Bəs sata bilirlərmi? Klub bununla nəyə ümid edir?“Football-plus.az” bu sualı qərb təmsilçisinin prezidenti Vüsal Məmmədova ünvanlayıb:

“Forma satışı yaxşı gedir, əsasən onlayn satış olur. Şəmkir sakinləri, sahibkarlar, dost-tanış – hər kəs ikisini-üçünü götürür. Yaxşı satış gedir, şükür Allaha. Ayın axırında satışla bağlı konkret rəqəm deyə biləcəm”.

Qeyd edək ki, Vüqar Nadirovun çalışdırdığı komanda iki oyundan sonra 6 xalla liderlər sırasındadı.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
icma.az

2Sources