EN

Hacıqabulda yük maşını azyaşlı oğlanı vurub öldürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2016-cı il təvəllüdlü oğlan velosipedlə həmin yolda hərəkətdə olarkən Orxan Niftəliyevin idarə etdiyi yük maşını onu vurub. Hadisə nəticəsində 9 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Chosen
37
oxu.az

1Sources