EN

Beynəlxalq Valyuta Fondu Azərbaycanın dövlət borcu üzrə yeni göstəriciləri ictimailəşdirib

BAKI,TurkicWorld:

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Azərbaycanda özəl sektorun borcu, o cümlədən kreditlər və borc qiymətli kağızları 2024-cü ilin sonuna ÜDM-in 20,98 faizini, mərkəzi hökumətin dövlət borcu isə ÜDM-in 20,85 faizini təşkil edib.

Bu barədə TurkicWorld BVF-na istinadən xəbər verir.

Beynəlxalq Valyuta Fondunun Qlobal borca hqda yenilənmiş məlumat bazasına əsasən, qlobal miqyasda 2024-cü ildə ümumi borc ÜDM-dən 235 faizdən bir qədər çox olub.

Bu arada, özəl sektorun borcu ÜDM-in 143 faizindən aşağı enərək 2015-ci ildən bəri minimal səviyyəyə çatıb ki, bu da əsasən ev təsərrüfatlarının öhdəliklərinin azalması hesabına baş verib. Bununla yanaşı, dövlət borcu isə ÜDM-in təxminən 93 faizinə qədər artıb.

Dollar ifadəsində isə qlobal borc cüzi artaraq 251 trilyon dollara yüksəlib ki, bunun 99,2 trilyonu dövlət sektorunun, 151,8 trilyonu isə özəl sektorun payına düşür.

Chosen
29
2
turkic.world

3Sources