EN

I Liqa: "Səbail" ilə "Şəfa"nın səfər sınağı, "Şahdağ Qusar" "Baku Sportinq"ə qarşı

Azərbaycan I Liqasında 2-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.

İddialılardan "Şəfa" səfərdə "Zaqatala" ilə qarşılaşacaq. Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya yuvarlanan "Səbail" də bu turda qonaq olacaq. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" Ağsuda "Difai" ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün daha bir qarşılaşmasında Rahid Əmirquliyevli "Şahdağ Qusar" "Baku Sportinq"lə üz-üzə gələcək.

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Mingəçevir" "Cəbrayıl"ı 3:1 hesabı ilə üstələyib.

Tura sabah “Şimal” – MOİK görüşü ilə yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası
2-ci tur
18 sentyabr

15:30. “Zaqatala” – “Şəfa”
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

16:00. “Difai” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Elman Kərimov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağsu. Şəhər stadionu.

16:00. “Şahdağ Qusar” – “Baku Sportinq” 
Hakimlər: Namiq Bəkirov, Zakir Şükürzadə, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Chosen
16
1
fanat.az

2Sources