EN

Azərbaycan və Bosniya Ukrayna üçün daşıma kvotalarını artırdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukrayna daşıyıcıları xaricdə fəaliyyət göstərmək üçün daha geniş imkanlar əldə edəcəklər - Azərbaycan və Bosniya və Herseqovina ölkəmizə beynəlxalq yükdaşımaları üçün əlavə icazələr veriblər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaç "Facebook" hesabında etdiyi paylaşımda yazıb.
O bildirib ki, Ukrayna iki ölkə ilə beynəlxalq daşıma kvotalarının genişləndirilməsi barədə razılığa gəlib.
Sergey Derkaçın sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrdən yüklərin daşınması üçün 100 əlavə icazə verib ki, bu da əsas kvotaya təxminən 20% artım deməkdir.
Bosniya və Herseqovina ikitərəfli, tranzit və beynəlxalq daşımalar üçün 300 əlavə icazə verib ki, bu da daha əvvəllər müəyyən edilmiş limitdən 100% artım deməkdir.
Derkaç qeyd edib ki, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox reyslər həyata keçirməyə, dayanıqlı logistik marşrutlar formalaşdırmağa və biznes istiqamətlərini genişləndirməyə imkan verəcək.
O vurğulayıb ki, daşıyıcıların imkanlarının genişləndirilməsi dövlətin prioriteti olaraq qalır. Əlavə icazələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Ukrayna nəqliyyat sənayesinin inkişafı istiqamətində mühüm addım kimi nəzərdən keçirilir.
Nazir müavini bildirib ki, icazə blankları ötürülmə mərhələsindədir və tezliklə "Ukrtransbezopasnost" şirkəti vasitəsilə daşıyıcılar üçün əlçatan olacaq.
O əlavə edib ki, Ukrayna daşıyıcıların Avropa İttifaqı bazarına stabil çıxışını təmin etmək üçün aktiv şəkildə danışıqları davam etdirir.
Chosen
43
50
oxu.az

10Sources