Bakının NTD klubu 2 yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, Ramazan Qarayev və Mübariz Mirzəyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ramazan Azərbaycan U-20 yığmasının üzvüdür və 2022/2023 mövsümündə də NTD-nin formasını geyinib.
Mübariz Mirzəyev isə Azərbaycan U-18 yığmasının üzvüdür.
Qeyd edək ki, ötən mövsümdə NTD-nin şərəfini qoruyan Hacısaməd Oğuzla da yeni müqavilə imzalanıb.