BAKI, 18 sentyabr. TELEQRAF
"Şəhər yollarında yarışmaq həmişə çətin olur".
Teleqraf xəbər verir ki, bunu "Red Bull" komandasının pilotu Maks Ferstappen Formula 1 üzrə Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Niderlandlı pilot Bakı halqasının çətin döngələrə malik olduğunu söyləyib: "Küçə dövrələri həmişə daha çətin olur. Həmçinin yavaş döngələrin və uzun əsas yolun birləşməsi o deməkdir ki, bolidin parametrlərində daha diqqətli olmalıyıq. Ümid edirəm ki, Bakıda formamızı qoruyub saxlaya biləcəyik və təkcə yarışda deyil, həm də sıralama mərhələsində uğur qazanacağıq".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 19-21 tarixlərində keçiriləcək. Maks Ferstappen sentyabrın 7-də təşkil olunan İtaliya Qran-Prisində fəxri kürsün ən yüksək pilləsinə qalxıb.