Paytaxtın Suraxanı rayonunda kafedə yanğın olub.
FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli kafenin anbarının içərisində qida məhsulları, 1 ədəd qapı-pəncərə və anbarın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.