EN

Valideynlərin NƏZƏRİNƏ! Ağır bel çantaları şagirdlərdə bu fəsadlara yol aça bilər

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tədris mövsümü zamanı gündəmə gələn aktual problemlərdən biri də ağır bel çantalarıdır. Bunların gündəlik istifadəsi uşaqların səhhətində bəzi problemlərə yol açır. Bu əsasən əzələ-sümük sisteminə aid problemlərdir.

BAKU.WS xəbər verir ki, ağır bel çantalarının ən çox yaratdığı xəstəlik və pozuntular aşağıdakılardır:

1. Skolioz (onurğa əyriliyi)

Uşaq bel çantasını tək çiyində və ya düzgün olmayan şəkildə daşıyarsa, bu zaman omurğada qeyri-bərabər yük yaranır. Bu da skolioz riskini (onurğanın yana əyilməsi) artırır.

2. Kifoz (qamburluq)

Ağır çanta arxaya çəkildiyindən, uşaq öndə əyilərək onu kompensasiya etməyə çalışır. Bu da uzun müddət davam edərsə, kifoz (qamburluq) inkişaf edə bilər.

3. Boyun və bel ağrıları

Ağır bel çantası uşağın bel və boyun nahiyəsində daimi gərginliyə səbəb olur. Bu da əzələ spazmı, disk yırtığı və xroniki ağrılar ilə nəticələnir.

4. Çiyin ağrıları və sinir sıxılmaları

Çanta qayışları çiyin sinirlərinə və əzələlərinə təzyiq etdikdə, bu bölgələrdə ağrılar, keyimə və qollarda halsızlıq yarana bilər.

5. Duruş pozğunluğu (postural problemlər)

Ağır çanta daşıyan uşaqlarda pis duruş vərdişləri formalaşa bilər: önə əyilmə, çiyinlərin bir tərəfə düşməsi kimi hallar yaşana bilər.

Həkimlər tövsiyə edir ki, bel çantasının çəkisi uşağın bədən çəkisinin 10-15%-ni keçməməlidir.

İki qayışlı (hər iki çiyin üçün) çantalar seçilməlidir. Çanta çiyinə deyil, belə yaxın, sıx şəkildə oturmalıdır.

Mümkün olduqca təkərli çantalar və ya rəqəmsal dərsliklər istifadə olunmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
baku.ws

2Sources