EN

Baş Prokurorluğun idarə rəisi: Zorakılığın hər bir formasına qarşı qətiyyətli mübarizə aparılır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Qadınlara qarşı zorakılıq cəmiyyətin əsas problemlərindən biridir və dövlətin diqqət mərkəzindədir. Keçən il məişət zorakılığı ilə bağlı qanuna dörd dəfə dəyişiklik edilib. Bu isə göstərir ki, zorakılıqla mübarizə dövlətin prioritet istiqamətlərindən biridir. Bu sahədə bütün təsir mexanizmlərindən istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.

O, Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qeyd edib ki, məişət zorakılığı dedikdə, bir şəxsin digərinə ailə və ya məişət zəminində sui-istifadə etməklə fiziki, psixoloji, iqtisadi və ya digər zərərlər yetirməsi başa düşülür. Qanunda zorakılığın növləri dəqiq şəkildə ifadə olunub və onun qarşısının alınması ilə bağlı dövlət orqanlarının hər birinə konkret vəzifələr həvalə edilib. “Xüsusilə Baş Prokurorluğun bu sahədə həm hüquqi tədbirlər görmək, həm də sosial və maarifləndirici xarakterli fəaliyyət həyata keçirmək səlahiyyətləri genişləndirilib. Məişət zorakılığının növündən asılı olaraq, Prokurorluq həm zorakılığın qarşısının alınması, həm də məsuliyyət tədbirlərinin tətbiqi istiqamətində fəaliyyət göstərir. Hətta psixoloji və iqtisadi zorakılıq hallarında belə inzibati məsuliyyət nəzərdə tutulub. Bu, dövlətin və cəmiyyətin zorakılığın hər bir formasına qarşı qətiyyətli mübarizə apardığını göstərir”,- deyə A. Osmanova əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
2
azertag.az

3Sources