EN

Azərbaycan Hindistana neft ixracını bərpa edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hindistan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 781,5 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 645 milyon 994 min dollar və ya 828 dəfə azdır.

Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 1 milyon 27 min 801 ton və ya 589,3 dəfə azalaraq 1 747 ton olub.

Qeyd edək ki, Azərbaycan uzun fasilədən sonra (ötən ilin oktyabrından bəri) avqust ayından etibarən Hindistana xam neft ixrac etməyə başlayıb. Ötən ilin eyni dövründə Hindistan Azərbaycanın ən çox neft ixrac etdiyi 4-cü ölkə idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
9
banco.az

1Sources