ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kim nə ilə öyünürsə, öyündüyü obyektdən onda nəyin çatışmadığı bilinir. Kim nədən xoşu gəlmədiyini dönə-dönə təkrar edirsə, deməli, ən çox arzuladığı həmin şeydir.
Doğulduğu bölgədən utananların, həmin rayonun adını dilinə gətirməyənlərin, hətta gizlədənlərin hansı çatışmazlığı olduğunu təhlil etmək əməlli-başlı müşahidə tələb edir.
BölgÉ™ seçkinliyi, mÉ™ncÉ™, adamlarda natamamlıq kompleksindÉ™n gÉ™lir. Adam doÄŸulub boya-baÅŸa çatdığı yurdundan utanırsa, É™minliklÉ™ deyÉ™ bilÉ™rik, onda saÄŸlam mÉ™nÉ™viyyat, normal tÉ™fÉ™kkür formalaÅŸmayıb. BÉ™lkÉ™ dÉ™, belÉ™ adamlarda psixoloji travmalar var. Xarakter kimi qiymÉ™tlÉ™ndirilsÉ™, çürük, ucuz şöhrÉ™tpÉ™rsÉ™tlik hesab edilÉ™ bilÉ™r. Adam yurduna niyÉ™ xor baxsın ki? GörÉ™sÉ™n, nÉ™dÉ™n É™ziyyÉ™t çəkirlÉ™r ki, doÄŸulduqları rayon, yaxud qÉ™sÉ™bÉ™ onları utandırır? NiyÉ™ öz É™mÉ™lindÉ™n, xasiyyÉ™tindÉ™n, É™dalÉ™tsizliyindÉ™n utanmayanlar rayonundan utanır?Â
Hansısa bir xainÉ™ görÉ™ müəyyÉ™n bir bölgÉ™yÉ™ xor baxmağı da anlamaq olmur. MüəyyÉ™n bir  bölgÉ™dÉ™n bir nÉ™fÉ™r paxıl, mÉ™rdimazar çıxıbsa, bu nÉ™ hÉ™min bölgÉ™nin havasındandır,  nÉ™ dÉ™ oranın digÉ™r sakinlÉ™rinin günahıdır. Bu hÉ™m dÉ™ o bölgÉ™nin hamısının pis olması fikrini tÉ™sdiqlÉ™mir.BÉ™zilÉ™rindÉ™ daha bir "xÉ™stÉ™lik" dÉ™ mövcuddur: sanballı kökdÉ™n törÉ™mÉ™k iddiası. Özü dÉ™ yalançılıqla.Â
Adam nəslini zorla aparıb bəy nəslinə calamağa çalışırsa, demək, bunu hamıdan aşağı olduğunu bildiyindən edir. Hiss edir ki, heç kəsə lazım deyil, sevilmir, ona elə gəlir, bəy nəslindən olduğunu desə, adamlar ona hörmətlə yanaşacaqlar. Belələri ölkəmizin o qədər də böyük olmadığını gərək unutmasınlar. Bir-birimizin harda, necə böyüdüyünü eşidib-bilirik. Bir də ki kimin necə böyüdüyü də eyib sayılan mövzulara aid deyil. Eyib olan xasiyyətinin ucbatından adamları özündən iyrəndirib, hörmət qazanmağı uydurma məlumatlarda axtarmaqdır.
Özlərini gözdən salmağa hər cür rəftarları olduğu halda nifrəti niyə vətənə, yurda, el-obaya yuxarıdan-aşağı baxmaqla qazanırlar? Azərbaycanda yaşayanlardan üstünsənsə, onun bölgələrinə şəbədə edirsənsə, doğulduğun rayonun adını gizlədib özünü başqa bir sevilən bölgədən gəlmiş kimi qələmə verirsənsə, köç bu ölkədən. Köçə bilmirsən, çünki qabiliyyətin yoxdur. Tamahın böyük olsa da imkanın kiçikdir. Bu da onu göstərir ki, hərənin öz vətəni, öz yaşayışı olur. Biz də bizik, buralarda doğulmuşuq. Mən Gədəbəydə, sən Kürdəmirdə, o Qazaxda, digəri Ağdamda  və s. Adları çəkilən və çəkilməyən rayonların hamısı mənə əzizdir, Azərbaycanımındır. Bir namərdə görə bütöv bir rayonu ələ salmaq həmin namərdin tayı olmaq deməkdir.Davam elə, adam, davam elə. Özünün rəzil olduğunu bir az da göstər. Adamın özünün özünü ifşa eləməsi yaxşıdır, yaramazlığını başqasının deməyinə ehtiyac qalmır.
İllÉ™rdir, bÉ™zi ÅŸÉ™xslÉ™rin rayonlu-kÉ™ndli seçkinliyinin tÉ™sirindÉ™n qurtula bilmirik, bu azmış kimi bir dÉ™ son günlÉ™rin daha çox müzakirÉ™ edilÉ™n qaçqın-köçkün problemi ortaya çıxdı. ( "Çıxarıldı" desÉ™m, daha dÉ™qiq olar.)Â
Gədəbəyə Qərbi Azərbaycandan, Göyçədən xeyli ailələr köçüb gəlmişdilər. Ağlım kəsəndən adlarının əvvəlinə  "Göyçəli" kəlməsi artırılan adamlar görmüşəm. Yanında böyüdüyüm hər kəs, eləcə də bütövlükdə Gədəbəy əhalisi heç vaxt onlara pis münasibət bəsləmədilər, əksinə sevgi ilə yanaşıb,  qayğı, diqqət göstərdilər. Ev-eşiklərindən didərgin düşdükləri üçün onları yox, erməniləri günahkar sayırdılar. Qərbi azərbaycanlılarla quda olanlar çox idi. El dili ilə desək, bir-birindən qız alıb, bir-birinə qız verirdilər. Onlara "gözün üstə qaşın var" deyən olmadı, yəni mən belə görmüşəm, nənəm də bu cür danışırdı. Təbliğatımız düzgün olmuşdu. Son günlərin yersiz, hətta təxribat xarakterli mövzusuna  dərindən təəssüflənirəm, bəzən əsəb də keçirirəm. Görəsən, bilərəkdən seçkinlik salıb, qalmaqal yaradan, soydaşları bir-birinə qarşı qaldıran, problemi şişirdib yatmağa qoymayan məsuliyyətsizlərin məqsədləri nədir? Dərdimiz az idimi?
Gündən-günə bir-birindən uzaqlaşan adamların mehribanlaşmasına çalışmaqdansa, bir də bölgə seçkinliyi ilə onları düşmən etmək məqsədinin hansı hissin yoxluğundan irəli gəldiyi hər kəsə bəllidir. Eyni zamanda bunun hansı niyyətin güclü təsirindən yarandığı da açıq-aydın hiss olunur.
Milli heysiyyət də vitamin kimidir, onun çatışmazlığı hərədə bir cür büruzə verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.