EN

Kahveci “Qarabağ”dan danışdı: İnsan həsəd aparır - Video

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihad Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" üzərindəki zəfərindən (3:2) danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, “Kontraspor” verilişində "Fənərbağça"nın pley-off mərhələsində Joze Mourinyonun rəhbərliyi altında "Benfika"ya uduzmasına diqqət çəkib və Ağdam təmsilçisi haqda xoş sözlər səsləndirib:

"Mourinyo baba deyirdi ki, "Benfika" möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduğları qollara, oyun epizodlarına baxdım. İnsan həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü "Benfika"ya baş məşqçilik edəcək".

Chosen
29
7
axar.az

8Sources