AZ

Türk şərhçinin Qarabağ haqda dedikləri gündəm oldu VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika” üzərindəki zəfərindən (3:2) danışıb.

Globalinfo.az qol.az-a istinadən xəbər verir ki, o, “Kontraspor” verilişində “Fənərbaxça”nın pley-off mərhələsində Joze Mourinyonun rəhbərliyi altında “Benfika”ya uduzmasına diqqət çəkib və Ağdam təmsilçisi haqda xoş sözlər səsləndirib:

“Mourinyo baba deyirdi ki, “Benfika” möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduğları qollara, oyun epizodlarına baxdım. İnsan həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü “Benfika”ya baş məşqçilik edəcək”.

Verilişin həmin hissəsini təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
7
globalinfo.az

8Mənbələr