EN

Bakıda "Olimpiya günü" tədbiri keçirildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri keçirilib.

Teleqraf xəbər verir ki, Nərimanov rayonunda yerləşən Antena parkında Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə baş tutan tədbirdə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edən idmançılar, məktəblilər, rəsmi şəxslər və media nümayəndələri qatılıb.
Açılışdan sonra EYOF 2025-in qalibləri təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib, qaliblərə təbriklərini çatdırıb.

Tədbir çərçivəsində estafet qaçışı və kəndir dartma yarışları da keçirilib. Qaliblərə kubok və medalları qurumun vitse-prezidentləri Fərid Mansurov və Zemfira Meftahətdinova təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib və tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis idarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Respublikası Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyilə olimpiya hərəkatı çərçivəsində təşkil olunub.

Chosen
38
3
teleqraf.com

4Sources