EN

Nazirlik Mabel Matizin mahnısını qadağan etdi

Nazirlik Mabel Matizin mahnısını qadağan etdiTürkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi Mabel Matizin mahnısına qadağa tələbi ilə məhkəməyə müraciət edib

Sonxeber.az türk mediasına istinadən xəbər veri ki, Ailə və Sosial Xidmətlər Nazirliyi, müğənni Mabel Matizin "Perperişan" adlı mahnısının internetdə yayımının məhdudlaşdırılması üçün sülh cəza hakimliyinə müraciət edib.

Nazirliyin açıqlamasına görə, Ankara Növbətçi Sulh Cəza Hakimliyinə təqdim edilən vəsatətdə mahnının məzmununun ailə institutuna zərər verə biləcəyi, uşaqların və gənclərin psixoloji inkişafına mənfi təsir göstərə biləcəyi, ictimai asayişi poza biləcəyi və cəmiyyətdə narazılıq yarada biləcəyi vurğulanıb.

Eyni zamanda, vətəndaşların CİMER vasitəsilə etdiyi şikayətlərdə mahnının sözlərinin "Türk ailəsinin adət-ənənələrinə zidd" olduğu bildirilib. Nazirlik, məhkəmədən qərarın icrası üçün məsələnin Bilgi Texnologiyaları və Rabitə Qurumuna göndərilməsini də tələb edib.

Chosen
15
sonxeber.az

1Sources