Azərbaycanda 90 yaşdan yuxarı 21 424 nəfər yaşayır.
Modern.az bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib.
Statistika 2025-ci ilin yanvarın 1-nə olan məlumat əsasında hazırlanıb. 90 yaşdan yuxarı olan əhalinin böyük hissə
Bakıda 90+ yaşlıların sayı 5 166 nəfərdir. Paytaxtın rayonları arasında lider Nəsimi rayonudur, burada 1 146 nəfər uzunömürlü yaşayır. Yasamal rayonu 640 nəfərlə ikinci yerdədir.
Abşeron rayonunda 657 nəfər 90 yaşdan yuxarıdır. Naxçıvan Muxtar Respublikasında bu kateqoriyaya aid 1 597 nəfər yaşayır.
Rayonlar arasında ən çox Şəmkirdə 561, Şəkidə 476, Cəlilabadda isə 467 nəfər uzunömürlü var.
İqtisadi rayonlar üzrə isə bölgü belədir:
Gəncə–Daşkəsəndə 1 126, Qarabağ iqtisadi rayonunda 1 515, Qazax–Tovuzda 2 014, Lənkəran–Astarada 1 555, Şirvan–Salyanda 940, Şərqi Zəngəzurda 701, Şəki–Zaqatalada 1 379, Mərkəzi Aranda isə 1 268 nəfər 90+ yaşlı vətəndaş qeydə alınıb.