EN

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Azərbaycan Ukrayna üçün yükdaşıma kvotalarını artırıb.

Gundem.az xəbər verir ki, bunu Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaç deyib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrdən yüklərin daşınması üçün 100 əlavə icazə verib ki, bu da əsas kvotaya təxminən 20% artım deməkdir.

Derkaç bildirib ki, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox reyslər həyata keçirməyə, dayanıqlı logistik marşrutları inkişaf etdirməyə və biznes xətlərini genişləndirməyə imkan verəcək.

Chosen
29
5
gundem.az

6Sources