Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hazırda dünya üzrə qlobal maliyyə sistemlərində parçalanma müşahidə olunur. Daha dəqiq, sanksiyalar, ticarət münaqişələri və ABŞ Çin geosiyasi rəqabəti fonunda ölkələr maliyyə infrastrukturlarını, ödəmə sistemlərini alternativ yollarla qurmaq istəyirlər.
Maraqlıdır, Azərbaycan bu şəraitdə nə etməlidir?
Regionda güclü ölkələr – Rusiya və İran kimi qonşular Qərb sanksiyalarına məruz qaldığından SWIFT sistemindən kənar alternativ ödəmə sistemləri axtarırlar.
Azərbaycan da bu qonşularla sıx iqtisadi və enerji əlaqələrinə malikdir. Bu səbəbdən,
Azərbaycan üçün alternativ maliyyə sistemlərində iştirak etmək, regional ticarətin davamlılığını təmin etmək baxımından vacib ola bilərmi?
Digər tərəfdən, rəqəmsal manat məsələləri necə, əgər Azərbaycan rəqəmsal manatı ilk tətbiq edənlərdən biri olsa, bu onu regional maliyyə texnologiyası mərkəzinə çevirə bilərmi?
Ümumiyyətlə, məsələyə belə baxmaq olar ki, son illərdə Rusiya və İran kimi ölkələr SWIFT-dən asılılığı azaltmaq üçün milli/alternativ mesajlaşma və ödəmə mexanizmlərinə investisiya edir. Bu isə həm texnoloji, həm də siyasi manoevr imkanları yaradır. Üstəlik, Azərbaycan Mərkəzi Bankı hələ tam CBDC buraxmağı planlamır. Belə bir bəyanat, qərar yoxdur.
Bu isə ölkənin rəqəmsal manat mövzusunda strateji seçimlərinin çevik qalmasına imkan verir. O da var ki, strategiya hazırlayarkən iqtisadi dayanıqlıq prioritet olmalıdır. Əgər regionda banklar SWIFT-dən məhrum edilərsə, alternativ relslər (message hubs, localized RTGS bağlantıları, bilaterally connected rails) ticarət axınlarını qorumağa kömək edə bilər. Bu, xüsusilə enerji və tranzit əməliyyatları üçün önəmlidir. Bir sözlə, manatla və ya regional valyutalarla (rubl, yuan) settlement kanalları qurmaq dollar-asılığını və xarici siyasətdən gələn təzyiqləri azaltmağa kömək edə bilər.
Elmar
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.