EN

Putin Şimali Koreyanı praktiki olaraq “soyur”

Araşdırmaçılar: Pxenyan Rusiyadan demək olar ki, heç nə almır...

Poliqon xəbər verir ki, Friedrich Naumann Fondu tərəfindən hazırlanan “Bərabər olmayan tərəfdaşlıq” adlı yeni hesabat göstərir ki, Rusiya və Şimali Koreya alyansı Ukrayna müharibəsində yalnız bir tərəfə xidmət edir. Pxenyan Moskvaya silah tədarük edir, lakin əvəzində demək olar ki, heç nə almır.

Hesabatın müəllifi, Hanguk Universitetinin professoru Elena Hüseynova, 2023-cü ildən bəri Şimali Koreyanın Rusiyaya tədarükünü 5,6–9,8 milyard dollar arasında qiymətləndirib. Buraya milyonlarla artilleriya mərmisi, yüzlərlə top, raket qurğuları, ballistik raketlər və təxminən 15 min şimali koreyalı hərbçinin göndərilməsi daxildir.

Rusiyanın əvəzində göndərdiyi təchizat isə çox məhduddur: qida, neft, hava hücumundan müdafiə sistemləri və bəlkə də bir neçə təyyarə, ümumi dəyəri 1,2 milyard dolları keçmir. Hesabatda vurğulanır ki, Şimali Koreya üçün heç bir real texnoloji irəliləyiş baş verməyib, valyuta ehtiyatları artmayıb və ölkənin iqtisadiyyatı hələ də böhrandadır. Şimali koreya vonu kəskin dəyər itirib, inflyasiya isə yüksəlir.

Hesabata görə, sanksiyalar və rus bankları vasitəsilə keçən az sayda vəsaitə yalnız Kim Çen In ətrafındakı elita çıxış edə bilir. Adi şimali koreyalılar üçün vəziyyət dəyişmir. Əəksinə, onlar yoxsulluq şəraitində yaşamağa davam edirlər, ölkələri isə Moskva tərəfində müharibəyə qoşulub.

“Putin faktiki olaraq Şimali Koreyanı soyur. İndiyədək Kim əsasən siyasi məqsədlərdən faydalanaraq ölkəsinin təcridini azaltmağa və Pekində Putin və Si ilə yaxın olmaq imkanını qorumağa nail olub. Bütün bunlar isə onun öz əsgərlərinin ziyanına başa gəlir”, deyə Fridrix Nauman Fondunun Cənubi Koreya nümayəndəliyinin rəhbəri Frederik Şpor BILD-ə açıqlamasında bildirib.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources