EN

Fransada ümummilli aksiyalar: Polislə qarşıdurmalar qeydə alınıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paris, 18 sentyabr, AZƏRTAC

Fransada bu gün keçirilən ümummilli tətil aksiyaları bir sıra şəhərlərdə artıq səhər saatlarından etibarən gərginliklə müşayiət olunmağa başlayıb. Parisdə və Marseldə nümayişçilərlə polis arasında ilk qarşıdurmalar qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu etiraz aksiyası 2023-cü il iyunun 6-dan, yəni pensiya islahatına qarşı keçirilən son kütləvi aksiyadan bəri ilk dəfə bütün əsas həmkarlar ittifaqlarını bir araya gətirib. Məqsəd dövlətin qənaət siyasətinə və büdcə kəsintilərinə qarşı güclü ictimai təzyiq göstərməkdir.

Klermon-Ferrand şəhərində saat 6:30-dan etibarən bir neçə piket və toplaşma nöqtəsi təşkil olunub. “Bloquons tout” (“Hər şeyi bloklayaq”) hərəkatının iştirakçıları sentyabrın 10-da uğursuz alınan yol bloklama aksiyasını təkrarlamaq üçün şəhərin məşhur “pistlərin kəsişməsi” adlı ərazisində toplandığı bildirilir.

Etirazçılar qənaət siyasətinə, sosial ədalətsizliyə, ictimai xidmətlərin dağılmasına və Qəzzaya real dəstəyin olmamasına etiraz üçün küçələrə çıxdıqlarını bildirirlər.

Parisdə bir çox təhsil müəssisələrinin qarısında toplaşmış gənclər ümumi nümayiş məkanına yollanıblar.

Fransada bu tətil tətil sosial gərginliyin artdığı bir zamanda keçirilir və etirazçılar hökumətin sosial xidmətlər və ictimai xərclər sahəsindəki kəskin kəsintilərinə qarşı səslərini daha gur çıxarmağa çalışırlar. Aksiyaların necə davam edəcəyi və hansı nəticələr verəcəyi isə günün sonuna qədər aydınlaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
azertag.az

1Sources