"Tarixi qələbə oldu".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunu barədə danışarkən deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib:
"Hazırda sözlərimi ifadə etmək çətindir. Möhtəşəm oyun idi. İndi qələbənin dadını çıxarmaq istəyirik".
"Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.