EN

Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - RƏQƏMLƏR

Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - RƏQƏMLƏR

"Silk Vey Vest Aviaşirkəti” MMC 2024-cü il və bu ilin ilk yarısı üzrə səhmdarlarına dividend ödəyib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, hava yolu şirkəti 2024-cü ilin nəticələrinə görə, səhmdarlara ümumilikdə 16,8 milyon manat dividend ödəyib. Bundan əlavə, 2025-ci ilin ilk yarısında səhmdarlara 10,45 milyon manat həcmində dividend ödənişi qərara alınıb.

Qeyd edək ki, şirkətin səhmlərinin 98%-i "Silk Way Aviaşirkəti” MMC-yə, 2%-lik hissəsi isə "Silk Way Development” MMC-yə aiddir. Ümumilikdə isə aviaşirkət "Silk Vey Group”a daxil olmaqla Zaur Axundovun nəzarəti altındadır. Buna görə də bütün dividend faktiki olaraq ona çatır. Başqa sözlə, Zaur Axundov təkcə qrupa daxil olan bir şirkətdən bir il yarım ərzində 27,3 milyon manata yaxın dividend əldə edib.

Qeyd edək ki, ümumilikdə, "Silk Vey Vest” 2024-cü ili 245 milyon manat xalis mənfəətlə başa vurub. Bu ilin ilk yarısı üzrə isə bu rəqəm 119,7 milyon manat-a bərabər olub. 2023-cü ilin maliyyə nəticələrinə görə isə şirkət 82 milyon manat xalis mənfəət əldə etsə də, səhmdarlara dividend ödənişi həyata keçirilməyib.

Chosen
46
5
afn.az

6Sources