EN

İdarə rəisi: Heyvanlara işgəncə verilməsinə görə cəzalar sərtləşdirildi

Heyvanlara işgəncə verilməsi və onların döyüşdürülməsi inzibati məsuliyyət yaradır.

Bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova sosial şəbəkədə canlı yayımda bildirib.

O qeyd edib ki, bununla bağlı qanunda dəyişiklik edilib: "Əvvəllər heyvanlara rəhmsiz davranış nəticəsində inzibati məsuliyyət yaranırdısa, indi qanunda dəyişiklik edilib. Heyvanlara rəhmsiz davranış, onların döyüşdürülməsi hallarında, bu, ölümlə nəticələndikdə inzibati məsuliyyət sərtləşdirilib. Həmçinin cərimələr artırılıb, inzibati həbs nəzərdə tutulub".
 
 
 

Chosen
38
5
7news.az

6Sources