EN

Fransa ÇALXALANIR - 900 min etirazçı, 80 min polis...


Bu gün Fransada ümummilli tətil və etiraz aksiyaları başlayır. Fransa ərazisində 260-dan çox yürüş nəzərdə tutulub. Təhlükəsizliyi təmin etmək məqsədilə 80 min polis və jandarm səfərbər olunacaq. Nazirlik, həmçinin 8–10 min təxribatçının aksiyalara sızma ehtimalından narahatdır. Hökumət nümayəndələrinin sözlərinə görə, bu şəxslər yürüşləri zorakı qarşıdurmalara çevirməyə cəhd edə bilərlər.

Ölkənin Daxili İşlər Nazirliyi genişmiqyaslı təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, ölkə üzrə təxminən 900 min etirazçı aksiyalara qoşulacaq. Bu göstərici əvvəlki “Hər şeyi bloklayaq” (Bloquons tout) hərəkatından xeyli yüksəkdir.

Mətləb Salahov

Chosen
10
baki-xeber.com

1Sources