EN

Avropanın ən çox axtardığı casus Moskvada tapıldı - FOTO

Almaniya ədalətindən qaçan Wirecard-in sabiq əməliyyat direktoru Yan Marsalek Moskvada açıq şəkildə yaşayır, Rusiya FTX-si ilə əməkdaşlıq edir və mütəmadi olaraq Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə səfər edir.

Bizim.Media xəbər verir ki, bu barədə The Insider və Der Spiegel birgə araşdırmasında məlumat verib.

Jurnalistlərin qeyd etdiyinə görə, dünyanın ən çox axtarılan cinayətkarlarından biri olan Marsalek Moskvanın mərkəzində demək olar ki, gizlənmədən gəzirsə, bir fotoşəkildə o, FTX əməkdaşı Tatyana Spiridonova ilə birlikdə göstərilib. Marsaleklə Spiridonova 2021-ci ildən etibarən münasibətdədir.

Spiridonova Marsalekin bir sıra əməliyyatlarında iştirak edib, o cümlədən 2022-ci ilin iyun ayında Marsalek Vyanada təşkil etdiyi casus şəbəkəsi vasitəsilə Avstriya siyasətçiləri və təhlükəsizlik qüvvələrini izləyib.

Rusiyaya qaçdıqdan sonra Marsalek işğal olunmuş Ukrayna ərazilərində – həm Krım, həm də döyüş bölgəsinə yaxın yerlərdə – mütəmadi olaraq görünüb.
The Insider-in mənbəsinə görə, Marsalek “hərbi tapşırıqlarda iştirak edib”, lakin konkret detalları açıqlanmayıb.

Marsalek 2020-ci ilin iyununda Almaniyadan Rusiya istiqamətində qaçıb. O vaxt Wirecard hesablarından 1,9 milyard avro itmişdi və şirkət eyni ayda “artıq borc səbəbindən” iflasını elan edib.

Araşdırmalar göstərir ki, 2021-ci ildə Marsalek rus pasportunu saxta ad altında – German Bajenov adı ilə alıb. Der Spiegel-in xatırlatdığına görə, Marsalek haqqında Böyük Britaniya və Avstriyada casusluq və Rusiya kəşfiyyatına işləmək ittihamları ilə də araşdırmalar aparılır.
 

Britaniya analitikləri bildirirlər ki, Marsalek Moskva ilə Bolqar qrup arasında vasitəçi kimi fəaliyyət göstərib və bu qrup rus kəşfiyyatının tapşırığı ilə araşdırmaçı jurnalistləri, o cümlədən Hristo Grozevi izləyib.


Avstriya istintaqına görə, Marsalek Vyanada yaradılmış kəşfiyyat qrupunun üzvü olub və onun imkanları Rusiya xüsusi xidmətləri tərəfindən istifadə edilib.







Bizim.Media

Chosen
15
1
bizim.media

7Sources