FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
​​​​​​"Cebheinfo.az" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə iki pillə geriləyib.
Hazırda baş məşqçisiz olan kollektiv 1148,09 xalla 124-cü yerdə qərarlaşıb.
Reytinqə 1875,37 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Fransa (1870,92), üçüncü pillədə isə Argentina (1870,32) yer alıb.
​​​​​​"Cebheinfo.az"