AZ

Azərbaycan milli komandası FIFA reytinqində geriləyib

Bakı, 18 sentyabr, AZƏRTAC

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə iki pillə geriləyib.

Hazırda baş məşqçisiz olan kollektiv 1148,09 xalla 124-cü yerdə qərarlaşıb.

Reytinqə 1875,37 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Fransa (1870,92), üçüncü pillədə isə Argentina (1870,32) yer alıb.

Seçilən
12
5
azertag.az

6Mənbələr